Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Türk-Amerikan İdarəetmə Komitəsinin (TASC) təşkil etdiyi tədbirə qatılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Türk-Amerikan İdarəetmə Komitəsinin (TASC) təşkil etdiyi tədbirə qatılıb.

Ərdoğanla sevincdən ağladan görüş – “Yuxudan belə gözəldir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Türk-Amerikan İdarəetmə Komitəsinin (TASC) təşkil etdiyi tədbirə qatılıb.

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, tədbir iştirakçıları Ərdoğanı böyük izdihamla qarşılayıblar.

Fələstin əsilli Əbubəkr Səraq adlı şəxs isə Türkiyə prezidentini qucaqlayaraq, “çox xoşbəxtəm, bu, mənim üçün yuxudan da möhtəşəm bir şeydir. Yaşadıqlarımın gerçək olduğuna inana bilmirəm”, - deyib.

Tədbir iştirakçıları “We love Erdoğan”, “We Love Türkiye” yazılan lövhələr nümayiş etdiriblər.

Nurlan AĞA
AzNews.az