ABŞ-ın Texas Ştatında həbsxanaya göndərilən nəhəng kokain partiyası ələ keçirilib. ABŞ-ın Texas Ştatında həbsxanaya göndərilən nəhəng kokain partiyası ələ keçirilib.

Sərhəddə 18 milyon dollarlıq kokain tapıldı

ABŞ-ın Texas Ştatında həbsxanaya göndərilən nəhəng kokain partiyası ələ keçirilib.

Modern.az “Newsweek” nəşrinə istinadən xəbər verir ki, 18 milyon dollar dəyərində olan narkotik həbsxanaya bağışlanan bananlar vasitəsi ilə keçirilməli imiş.

Texasın Cinayət Ədliyyə Departamenti bananların artıq olduqları üçün həbsxanaya bağışlanması barədə səbəbi “olduqca şübhəli” hesab ediblər.

“Qutulardan biri digərlərindən fərqlənirdi” – polisin bəyanatında bildirilib.

Qutunu açan polislər bananların altın içərisində bəyaz toz olan bağlı paket tapıblar. Məmurlar gömrük işçiləri və ABŞ sərhəd xidməti ilə əlaqə saxlayıblar. Həbsxanaya gələn səlahiyətlilər paketin içərisindəkinin kokain olduğu aşkarlayıblar.

Hər birində 1 kq olan 540 başlama aşkarlanıb. Onların ümumi dəyəri isə 17 milyon 820 min dollar təşkil edir.

Qeyd edək ki, meyvələrin içərisində narkotik vasitələrin keçirilməsi faktı ilk belə hadisə deyil. Bundan əvvəl İspaniyada içərisində 67 kq kokain gizlədilmiş ananaslar ələ keçirilib.

AzNews.az