Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, o, ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Koreya yarımadasında nüvə silahının ləğvi istiqamətində sıx birgə fəaliyyəti davam etdirəcək. Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, o, ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Koreya yarımadasında nüvə silahının ləğvi istiqamətində sıx birgə fəaliyyəti davam etdirəcək.

Şinzo Abe ilə Tramp nəyi müzakirə etdi?

Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, o, ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Koreya yarımadasında nüvə silahının ləğvi istiqamətində sıx birgə fəaliyyəti davam etdirəcək.

AzNews.azxəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, Ş.Abe ilə D.Trampın sentyabrın 23-də “Trump Tower” qülləsində axşam yeməyi iki saata yaxın davam edib. İki lider arasında həftə ərzində daha bir görüşün keçiriləcəyi planlaşdırılır.

Məlumatda qeyd edilir ki, Ş.Abe və D.Tramp iyunda ABŞ-Şimali Koreya sammitində əldə edilən irəliləyişə yeni impuls vermək üçün birlikdə çalışacaqlarını bildiriblər.

ABŞ-a yola düşməzdən əvvəl Şimali Koreya tərəfindən oğurlanmış yapon vətəndaşlarının qohumları ilə görüşən Ş.Abe onların istəklərini Prezident D.Trampa çatdırıb.

Ş.Abe bəyan edib ki, oğurlanmış yaponlar məsələsinin həlli üçün növbəti addım Şimali Koreya lideri Kim Çen In ilə görüşdür. Baş nazir əlavə edib ki, bu görüşün tezliklə baş tutması üçün mümkün olan bütün imkanlardan istifadə etmək niyyətindədir.

Bununla yanaşı, Ş.Abe D.Tramp ilə iki ölkə arasında ticarət və investisiyalar barədə də konstruktiv danışıqlar aparıb. Liderlərin həmin danışıqları sentyabrın 27-də davam etdirəcəyi gözlənilir.

Sentyabrın 25-də isə Yaponiyanın iqtisadi bərpa naziri Toşimitsu Moteqinin ABŞ-ın ticarət üzrə xüsusi nümayəndəsi Robert Laythauzerlə görüşü planlaşdırılır.

İkitərəfli ticarətdə ABŞ-ın kəsirini azaltmağa çalışan D.Tramp administrasiyası Yaponiya ilə azad ticarət barədə razılaşmanı müzakirə etməyə can atır.

AzNews.az