Türkiyənin Ədirnə şəhərində PKK terror təşkilatının başçısı Abdulla Ocalanın yaxın qohumu və silahdaşı, hələlik kimliyi gizli saxlanılan “H.Ö” ad və soyadlı şəxs Yunanıstana qaçmaq istəyərkən yaxalanıb. Türkiyənin Ədirnə şəhərində PKK terror təşkilatının başçısı Abdulla Ocalanın yaxın qohumu və silahdaşı, hələlik kimliyi gizli saxlanılan “H.Ö” ad və soyadlı şəxs Yunanıstana qaçmaq istəyərkən yaxalanıb.

PKK başçısının yaxın silahdaşı ələ keçdi

Türkiyənin Ədirnə şəhərində PKK terror təşkilatının başçısı Abdulla Ocalanın yaxın qohumu və silahdaşı, hələlik kimliyi gizli saxlanılan “H.Ö” ad və soyadlı şəxs Yunanıstana qaçmaq istəyərkən yaxalanıb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, 28 yaşlı “H.Ö” silahlı terror təşkilatının üzvü olmaqda şübhəli bilinərək axtarışda olub.

Bildirilir ki, Türkiyənin Şanlıurfa bölgəsinin Halfeti rayonunda qeydiyyatda olan PKK-çı barəsində terrorçu fəaliyyətinə görə 4 məhkəmə qərarı mövcuddur.

AzNews.az