İran Vaşinqton Tehrana qarşı münasibətini dəyişəcəyi təqdirdə, ABŞ ilə danışıqlar barədə qərar qəbul edəcək. İran Vaşinqton Tehrana qarşı münasibətini dəyişəcəyi təqdirdə, ABŞ ilə danışıqlar barədə qərar qəbul edəcək.

Ruhani ABŞ-la danışıqlara başlamaq üçün şərt qoydu

İran Vaşinqton Tehrana qarşı münasibətini dəyişəcəyi təqdirdə, ABŞ ilə danışıqlar barədə qərar qəbul edəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İran prezidenti Həsən Ruhani deyib.

"Bu gün bizim ABŞ prezidentinin hərəkətləri ilə bağlı hər hansı bir ümidimiz yoxdur… Əgər biz nə vaxtsa ABŞ-ın münasibətləri bərpa etməyə dair həqiqi cəhdlərini görsək, o zaman qərar qəbul edəcəyik (danışıqlar barədə – red.), o zaman yeni mühit olacaq", - deyə prezidentin rəsmi saytı onun sözlərini sitat gətirib.

Prezident ABŞ-ın nüvə sövdələşməsindən çıxmasını səhv addım adlandıraraq, Vaşinqtonun hər hansı bir səbəb olmadan İrana qarşı sanksiyalar tətbiq etdiyini, ölkənin daxili işlərinə qarışdığını və onu təhdid etdiyini bildirib.

Ruhani həmçinin deyib ki, ABŞ-ın İran neftinin ixracına mane olmaq cəhdləri təhlükəlidir.

AzNews.az