ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa yerdə baş tuta bilər. ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa yerdə baş tuta bilər.

Tramp Kim Çen Inla görüşündən danışdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa yerdə baş tuta bilər.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə o Cənubi Koreya lideri Mun Çje İnlə görüş öncəsi danışıb.

"ABŞ və Şimali Koreya arasında görüş, çox güman ki, başqa yerdə keçiriləcək, lakin bu, bənzər format olacaq", - deyə Amerika lideri bildirib.

Trampın sözlərinə görə, o, KXDR lideri ilə "kifayət qədər" tez görüşə bilər.

O, görüş barədə yaxın gələcəkdə məlumat veriləcəyini əlavə edib.

AzNews.az