Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da konvensional silahların qadağan edilməsinin vacib olduğunu bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da konvensional silahların qadağan edilməsinin vacib olduğunu bildirib.

“Qadağan edilməlidir” - Ərdoğandan dünyaya ciddi mesaj

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da konvensional silahların qadağan edilməsinin vacib olduğunu bildirib.

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti dünyada kimyəvi silahlarla yanaşı, konvensional silahların yaratdığı faciələr nəticəsində də nə qədər insanın öldüyünü diqqətə çatdırıb.

O, hansı növ silah olursa olsun, ölümlə nəticələnən hər şeyin qadağan olunması gərəkdiyini bildirib.

Ərdoğan BMT-nin quruluşu ilə bağlı da tənqidi fikirlər səsləndirib. Türkiyə prezidenti BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü olmasını tənqid edərək, təşkilatda təmsil olunan 194 ölkənin hər birinin daimi üzv olmağının vacibliyini vurğulayıb.

Nurlan AĞA
AzNews.az