ABŞ-ın İranla tarixi nüvə silahına dair razılaşmadan imtina etməsinə baxmayaraq, digər ölkələr İrana dəstək olub. ABŞ-ın İranla tarixi nüvə silahına dair razılaşmadan imtina etməsinə baxmayaraq, digər ölkələr İrana dəstək olub.

Dünya liderlərindən ABŞ-a sərt bəyanat

ABŞ-ın İranla tarixi nüvə silahına dair razılaşmadan imtina etməsinə baxmayaraq, digər ölkələr İrana dəstək olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, BMT Baş Assambleyasının Nyu-Yorkdakı 73-cü sessiyası çərçivəsində İngiltərə, Fransa, Almaniya, Çin və Rusiyanın xarici işlər nazirləri anlaşmanı müzakirə ediblər.

Nazirlər ABŞ-ın müqavilədən birtərəfli olaraq çıxmasına baxmayaraq, müqavilənin şərtlərinin yerinə yetiriləcəyini bəyan ediblər.

Qeyd edək ki, İran rəhbərliyi ilə P5+1 ölkələri (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) 2015-ci ilin iyul ayında nüvə proqramının məhdudlaşdırılması barədə razılığa gəlib.

Nurlan AĞA
AzNews.az