İranın prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində ABŞ-ın media kapitanları ilə görüşündə nüvə anlaşması barədə danışıb. İranın prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində ABŞ-ın media kapitanları ilə görüşündə nüvə anlaşması barədə danışıb.

İran qapıları Trampın üzünə bağladı

İranın prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində ABŞ-ın media kapitanları ilə görüşündə nüvə anlaşması barədə danışıb.

AzNews.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Ruhani Trampın əsassız olaraq müqavilədən çıxması, İran xalqını təhdid etməsi və ölkənin daxili işlərinə qarışmasını bildirərək, bunların qəbuledilməz olduğunu diqqətə çatdırıb.

O, Trampla görüş haqqında fikir bildirərək, ABŞ prezidentinin davranışlarının xoşəgələn olmadığını, buna görə də görüşün heç bir effektinin olmayacağını deyib.

Nurlan AĞA

AzNews.az