BMT Baş Assambleyasının 73-cü sessiyasında qurumun baş katibi Antonio Quterreş Suriya və Yəmənlə bağlı çağırış edib. BMT Baş Assambleyasının 73-cü sessiyasında qurumun baş katibi Antonio Quterreş Suriya və Yəmənlə bağlı çağırış edib.

Quterreş dünya liderlərini sərt tənqid etdi

BMT Baş Assambleyasının 73-cü sessiyasında qurumun baş katibi Antonio Quterreş Suriya və Yəmənlə bağlı çağırış edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Quterreş dünya liderlərini ən çox ehtiyac duyulan bu zamanda beynəlxalq əməkdaşlıq və BMT-də islahata səsləyib:

“Suriyada, Yəməndə toqquşmalara son qoymadığımız üçün insanlar qəzəblənir. Arakanlılar səfalət içində sürgündədir və ədalət istəyir. Artıq insanların siyasi təşkilatlara inancı itib, populizm və qütbləşmə artıb. Hüququn gücü azalır. Cinayətlər cəzasız qalır. Qlobal dəyərlər yox olmaq üzrədir.

Terror təhlükəsi artır. Bütün qadağalara baxmayaraq kimyəvi silahlar acımsızca istifadə edilir. Ticarət üstündə gərginliklər böyüyür. Qaçqınlar və miqrantlar ayrı-seçkliyə məruz qalır”.

Baş katib sözlərinə əlavə edib ki, strateji əməkdaşlıqla bu problemlərin qarşısı alına bilər və dünya daha təhlükəsiz yola istiqamətlənər.

Qeyd edək ki, 140-dan çox ölkənin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə keçirilən iclasın builki mövzusu “BMT-ni bütün insanlarla maraqlandırmaq: Sülhməramlı, ədalətli və davamlı ictimaiyyətlər üçün qlobal liderlik və birgə məsuliyyətlər”dir.

AzNews.az