Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla şəxsən görüşməyə hazır olduğunu bildirib. Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla şəxsən görüşməyə hazır olduğunu bildirib.

Maduro Trampla görüşmək istəyir

Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla şəxsən görüşməyə hazır olduğunu bildirib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, o bunu dövlət televiziyasının efirində deyib.

"Düşünürəm ki, danışsaq bir-birimizi anlayacağıq. Allah etsin, günlərin birində təkbətək görüşümüz baş tutsun", - deyə o əlavə edib.

Venesuela prezidenti həmçinin Vaşinqtonu ABŞ ərazisindəki bütün Latın Amerikası və Karib miqrantlarını qanuniləşdirməyə çağırıb.

Öz növbəsində o, 8,3 mindən çox əcnəbiyə Venesuela vətəndaşlığının verilməsi barədə fərman imzalayıb.

AzNews.az