ABŞ məhkəməsi 81 yaşlı komik Bill Kosbini zorlamaya görə saxlanılıb. ABŞ məhkəməsi 81 yaşlı komik Bill Kosbini zorlamaya görə saxlanılıb.

81 yaşlı aktyor zorlamaya görə həbs edildi

ABŞ məhkəməsi 81 yaşlı komik Bill Kosbini zorlamaya görə saxlanılıb.

AzNews.azın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə aktyorun həbsinə qərar verib.

O, üç ildən on ilə qədər azadlıqdan məhkum edilə bilər. Məhkəmə hələ ki, yekun qərarını verməyib.

Aktyor Filadelfiya şəhərində yerləşən Templ universitetinin basketbol komandasının meneceri Andrea Konstandı zorlamaqda ittiham olunur. Zərərçəkən bildirib ki, Kosbinin evində qonaq olarkən, aktyor ona şərab və üç ədəd mavi həb təklif edib. Bundan sonra qadın hərəkət qabiliyyətini itirib və aktoyr onu zorlayıb.

İttihamı inkar edən Kosbi isə bildirib ki, cinsi münasibət qarşılıqlı razılıq əsasında olub. Mavi həblər isə allergiyaya qarşı imiş.

AzNews.az