Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qarqaş ABŞ Prezidenti Donald Trampın OPEC ölkələrini neftin qiymətini qaldırmaqla digər dövlətləri talan etdikləri ilə bağlı ittihamına cavab verib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qarqaş ABŞ Prezidenti Donald Trampın OPEC ölkələrini neftin qiymətini qaldırmaqla digər dövlətləri talan etdikləri ilə bağlı ittihamına cavab verib.

Trampın tənqidinə cavab gəldi - BƏƏ rəsmisindən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qarqaş ABŞ Prezidenti Donald Trampın OPEC ölkələrini neftin qiymətini qaldırmaqla digər dövlətləri talan etdikləri ilə bağlı ittihamına cavab verib.

“Reuters” agentliyi xəbər verir ki, XİN başçısı neftin qiymətinin OPEC-in qərarı ilə deyil, bazarın tələbatına uyğun formalaşdığını bildirib. “Biz hamımız bilirik ki, neftin qiyməti bazarın tələb və təklifinə uyğun formalaşır”,- nazir deyib.

Qeyd edək ki, Donald Tramp ötən gün BMT Baş Assambleyasındakı çıxışı zamanı OPEC-ə üzv dövlətlərin neftin qiymətini qaldırdıqlarını və bu yolla digər dövlətləri talan etdiklərini söyləyib.

"Bunu da heç kim bəyənə bilməz. Bu dövlətlərin bir çoxunu biz müdafiə edirik. Onlar isə bundan istifadə edərək nefti bizim üçün çox yüksək qiymətə satırlar”, - D.Tramp çıxışında deyib. (Report)

AzNews.az