Türkiyədə beyin xərçəngi (alzaymer) olan 82 yaşlı qayınanasını döydüyü iddia olunan Sevim A. polis bölməsində ifadə verdikdən sonra buraxılıb. Türkiyədə beyin xərçəngi (alzaymer) olan 82 yaşlı qayınanasını döydüyü iddia olunan Sevim A. polis bölməsində ifadə verdikdən sonra buraxılıb.

Qayınanasını döyən gəlin azadlığa buraxıldı

Türkiyədə beyin xərçəngi (alzaymer) olan 82 yaşlı qayınanasını döydüyü iddia olunan Sevim A. polis bölməsində ifadə verdikdən sonra buraxılıb.

AzNews.az Türkiyənin “Vatan” qəzetinə istinadən xəbər verir ki, Bursa şəhərində Sevim A. adlı şəxsin alzaymer olan qayınanası Fatma A.-nı küçənin ortasında döyməyi, saçından sürüyərək evə aparmağının videosu yayılıb.

Məhəllədə yaşayan Əbdürrəhman K. adlı şəxs bunları çəkərək, sosial mediada paylaşıb.

Bundan sonra yaşlı qadın qocalar evinə yerləşdirilib.
Gəlin Sevim A. qayınanasının xəstə olduğuna görə tez-tez evdən qaçdığını desə də, onu döydüyünü boynuna almayıb.

Nurlan AĞA
AzNews.az