Cənubi Sudanda 2013-cü ildə başlayan silahlı münaqişə səbəbindən azı 382 min 900 nəfər öldürülüb. Cənubi Sudanda 2013-cü ildə başlayan silahlı münaqişə səbəbindən azı 382 min 900 nəfər öldürülüb.

Bu ölkədə 5 ildə 400 min insan canından oldu

Cənubi Sudanda 2013-cü ildə başlayan silahlı münaqişə səbəbindən azı 382 min 900 nəfər öldürülüb.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə London Universitetinin hesabatında qeyd olunur.

Hesabata əsasən, əsas ölüm halları regionun şimal-şərq və cənub bölgələrində qeydə alınıb. Ölənlər arasında kişilər üstünlük təşkil etsə də, qadın və uşaqların da sayı az deyil.

Cənubi Sudanda 2018-ci ilin əvvəllərindən 2 milyondan artıq insan daxili qaçqına çevrilib, 2,5 milyon insan isə xarici ölkələrə köçməli olub.

2011-ci ildə müstəqillik qazanmış Cənubi Sudanda prezident Salva Kiirin mənsub olduğu dinka tayfası ilə silahlı qruplaşma rəhbəri Riek Maşar arasında qarşıdurma başlayıb.

AzNews.az