100 minə yaxın ev işıqsız qaldı

Güclü qar Polşanın bütün ərazisində 100 minə yaxın evi işıqsız qoyub. Ölkənin şərq hissəsində isə güclü qar 2000-ə yaxın transformator altstansiyasının sıradan çıxmasına səbəb olub. Pis hava şəraiti ictimai nəqliyyatın hərəkətini çətinləşdirib.

Mazvetsk bölgəsində yollarda sürüşmə xeyli sayda yol qəzalarına səbəb olub. Radom şəhərinin hava limanında əlverişsiz hava şəraiti ilə əlaqədar bütün reyslər təxirə salınıb, Bu ölkəyə uçan bütün təyyarələr isə Krakov hava limanına yönləndirilib. Sinoptiklər bütün Polşa ərazisində qış üçün xarakterik hava şəraitinin aprelin ortalarınadək davam edəcəyini proqnozlaşdırırlar.

AzNews.az