14:10
(077) 610-22-33

Diktatorun qızı iqamətgahı yandırdı

  • >
491 2 Aprel 2013 07:25 | Dünya

Liviyanın keçmiş diktatoru Müəmmər Qəddafinin qızı Ayşə Qəddafi ilə bağlı maraqlı məlumatlar yayılıb. 2011-ci ildə Cəzayirdə dövlət katibliyinin iqamətgahına sığınaraq orada yaşayan Ayşə Qəddafinin əsəblərinin yerində olmadığı və tez-tez qalmaqallar törətdiyi bildirilir.

"Ennahar" qəzetinin yazdığına görə, 37 yaşındakı Ayşə Qəddafi ötən həftə əsəbləşərək yaşadığı iqamətgahı yandırıb. Bundan əvvəl isə əsəbləşdikdə iqamətgahdakı mebelleri sındırıb, kitab rəflərini dağıdan Ayşə Qəddafi hətta dövlət katibi Əbdülziz Buteflikann tablolarının da cırıb.

Cəzayirə köçdükdən sonda bir qızı dünyaya gələn Ayşə Qəddafi İnterpol tərəfindən axtarışdadır.

Elnarə
AzNews.az

Bağla X