11:30
(077) 610-22-33

İranın 1 aprel yalanı

  • >
429 2 Aprel 2013 07:48 | Dünya

“Erməni kilsəsinə hər gün 10 min nəfər gedib”



İran erməni sevgisini bir daha sübut edib. Bu dəfə İranın Mədəniyyət, İncəsənət və Turizm Mərkəzinin Güney Azərbaycan nümayəndəsi Turab Məhəmmədi inanılmaz iddialar səsləndirib.

Mərkəz nümayəndəsi iddia edib ki, qədim Azərbaycan torpağı olan Culfadakı (Güney Azərbaycan Culfası nəzərdə tutulur - E) Müqəddəs Stepanos kilsəsinə Novruz bayramı günlərində hər gün 10 min ziyarətçi gedib.

"Baybak" xəbər verir ki, İrandakı iqtisadi böhran, rialın dəyərdən düşməsi əhalinin bayram günlərində başqa ölkələrlə yanaşı, ölkə daxilində səfərlərini minimuma endirib: " Belə bir şəraitdə kilsəyə hər gün 10 min ziyarətçinin getməsi inandırıcı deyil. Guya Culfa bölgəsində yerləşən Sent Stepanos kilsəsinə gündə 10 000 nəfər ziyarətçi gedirmiş! Bu yalan iddia ona görə gülüncdür ki, ermənilərin özləri belə bu kilsəyə getmək üçün çətinlik çəkirlər və iqtisadi durumuna görə səfərə gedə bilməyiblər. Buna görə də bu iddia sadəcə 1 aprel yalanıdır".

Məlumat üçün bildirək ki, Müqəddəs Stepanos kilsəsi Culfa şəhərindən 15 km aralı, Araz çayı sahilində yerləşir və IX əsrə aid kompleksdir. Monastır 2008-ci ildə İranda UNESCO ümumdünya irsi abidələri sırasına daxil edilib.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X