09:02
(077) 610-22-33

Qətl və adam oğurluğunda ittiham edilən DEPUTATLAR

  • >
433 2 Aprel 2013 08:09 | Dünya

Rusiya Federasiyasının tərkibində olan respublika və muxtar vilayətlərdə şəhər şuralarının üzvü olan deputatlar arasında müxtəlif cinayətlərdə ittiham edilənlər var.



AzNews.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, Çuvaşiyada Çeboksariya şəhər məclisinin üzvü, deputat Vyaçeslav Antonov oğurluqda ittiham edilir.

O, keçmiş həyat yoldaşına məxsus xarici markalı traktoru oğurlayıb. Saxta sənədlər hazırlayaraq traktoru oğurlayan deputatın hərəkətindən xəbər tutan keçmiş arvadı polisə müraciət edib. Bir sıra dövlət təltifləri olan və yüksək vəzifələrdə çalışmış deputatın bu hərəkəti hamı tərəfindən təəccüblə qarşılanıb.

Ancaq bu deputatların təəccüblü hərəkətlərinə dair ilk və son məlumat deyil. Ulyanovsk vilayətində də 39 yaşlı deputat Marat Mikeyev və onun həyat yoldaşına qarşı cinayət işinin istintaqı başa çatıb. Deputat və xanımı adam oğurluğunda təqsirləndirilir. Onlar evlərini yandırılmasında ittiham etdikləri şəxsi zorla maşına mindirərək meşəyə aparıb və onu ölümlə hədələyiblər. Hədələdikləri şəxsdən 1 milyon rubl istəyən deputatın işi məhkəməyə göndərilib.

Tuvada isə 29 yaşlı deputat qətldə təqsirləndirilərək həbs edilib. Yanvarın 6-da Qızıl şəhərinin sakini polisə müraciət edərək 24 yaşlı oğlunun yoxa çıxması barədə məlumat verib. Araşdırmalar zamanı hadisənin 29 yaşlı gənc deputat tərəfindən törədildiyi və deputatın qaçaraq gizləndiyi məlum olub. Deputat tapılaraq həbs edilib və ona qarşı adam öldürmə maddəsi ilə cinayət işi aşılıb.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X