“Koreya yarımadasında sülh və sabitlik istəyirik“

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Corc Litl ölkəsinin Koreya yarımadasında sülh və sabitlik istədiyini söyləyib.

Litl jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın Cənubi Koreya ilə mart ayında başlayan və iki ay davam edəcək "Kiçik qartal 2013" kimi təlimləri davam etdirəcəyini deyib.

Bunu ABŞ-ın Cənubi Koreyaya verdiyi vədlər və bölgədə sülh və sabitliyi davam etdirmə istəyi çərçivəsində həyata keçirdiklərini qeyd edən sözçü hərbi təlimlərin tamamilə müttəfiqliq təminatına əsaslandığını bildirib: "Cənubi koreyalılara, müttəfiqliyimizə dərindən bağlı olduğumuzu göstəririk. Bizim Cənubi Koreyaya müdafiə sözümüz, eyni zamanda bölgənin sülh və sabitliyi ilə bağlı öhdəliklərimiz var".

Şimali Koreyanın məsuliyyətsiz, davakar və hədən artıq qızışdırılmış ritorika ilə həyata keçirdiyi provokasiyaları davam etdirmə və sülh yolunu seçmə kimi iki variantının olduğunu vurğulayan Litl "Bizim fikrimizcə, onlar artıq zolağı dəyişdirməlidirlər. Koreya yarımadasında sülh və sabitlik istəyirik. Bizcə, bu, bölgədəki hər kəs üçün ən yaxşısıdır" deyib.

AzNews.az