Dünyaca məşhur aktrisa Ancelina Coli bu dəfə də xeyirxah işləri ilə yadda qalıb Dünyaca məşhur aktrisa Ancelina Coli bu dəfə də xeyirxah işləri ilə yadda qalıb

Ancelina Coli qızlar üçün məktəb tikdirəcək

Dünyaca məşhur aktrisa Ancelina Coli bu dəfə də xeyirxah işləri ilə yadda qalıb



Ancelina Coli Əfqanıstana səfəri zamanı ölkədə qızlar üçün məktəb tikdirməyə qərar verib. Paytaxt Kabildən bir neçə kilometr uzaqda böyük bir qəsəbədə ancaq oğlanların təhsili üçün imkan yaradılan bölgədə o yeni bir məkətəb binası tikdirəcəyinə söz verib.

Orada 200 qızın təhsil alacağı bildirilir. Aktrisa yaxın gələcəkdə daha bir neçə məktəb tikilişlərinə start verəcəyini açıqlayıb. Onun sözlərinə görə, qızların savadsız böyüməsinə göz yummaq özü bir qəddarlıqdır.


AzNews.az