00:21
(077) 610-22-33

Venesuela parlamentində bir qrup müxalifət deputatı döyüldü

  • >
467 1 May 2013 07:01 | Dünya

Venesuela parlamentində bir qrup müxalifət deputatı döyülüb. APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Qlobovisyon" telekanalının birbaşa yayımında deputat Xulio Borxes bildirib.

İnsident bir palatalı parlamentin iclasında baş verib. Belə ki, spiker Diosaldo Kabelyo müxalifət deputatlarına Nikolas Maduronun prezident seçkilərindəki qələbəsini tanımayınca çıxış üçün söz verməyəcəyini bəyan edib. Buna cavab olaraq müxalifət fraksiyasının üzvləri etiraz əlaməti olaraq özləri ilə gətirdikləri vuvuzelalarla səs-küy salmağa çalışıb. Bundan sonra parlamentdə deputatlar arasında dava baş verib.

Xatırladaq ki, hakim Vahid Sosialist Partiyasından namizəd olan Nikolas Maduro 14 aprel seçkilərində 50,61 faiz, onun əsas rəqibi Enrike Kapriles isə 49,12 faiz səs toplayıb. Kapriles səsvermənin nəticələrini tanımayıb və səslərin yenidən hesablanması tələbi ilə çıxış edib.

AzNews.az
Bağla X