Bu şəhərdə morq cəsədlərlə doludur - FOTOLAR

Hondurasın San pedro Sula şəhəri ikinci dəfə dünyanın ən təhlükəli və kriminal şəhəri seçilib.

Bu şəhərdəki xəstəxanaların morqları güllə yarasından ölən cəsədlərlə doludur. Bunun səbəbi isə mütəşəkkil cinayətkar dəstələrin və narkotik alverçilərinin səbəb olduğu "daxili müharibə"dir.

Hondurasın ən böyük ikinci şəhəri olan San Pedro Sulada 2012 –ci ildə 1218 cinayət törədilib. Bu isə hər gün ən azı 3 cinayətin qeydiyyata alınması deməkdir. Ancaq qeydiyyata alınmayan çoxsaylı cinayətlərin də olması kriminal durumu daha da ağırlaşdırıb. Ölkədə silah qaçaqmalçılığı inkişaf etdiyindən insanların əlindəki silahların 70 faizi qanunsuzdur. Cinayətlərin isə 83,4 faizi məhz odlu silahla törədilir. 70 faizi yoxsulluq həddindən də aşağı yaşayan bu insanlar üçün yeganə çıxış yolu cinayət törətməkdir. Cinayət törətmək istəməyənlər isə Amerikaya sığınmaqla həyatlarını qurtarmağa çalışırlar.

Elnarə
AzNews.az
image description image description image description image description image description image description image description