PKK terror təşkilatı silahı 3 şərtlə yerə qoyacağını da açıqlayıb PKK terror təşkilatı silahı 3 şərtlə yerə qoyacağını da açıqlayıb

PKK 3 şərtlə silahı yerə qoyacaq

PKK terror təşkilatı silahı 3 şərtlə yerə qoyacağını da açıqlayıb



Mayın 8-dən başlayaraq PKK terrorçu qruplarının Türkiyədən çıxacağı yol və terrorçuların silahı yerə qoymasının şərtləri məlum olub.
Lent.az-ın "Akşam’ qəzetinə istinadən verdiyi məlumata görə, terrorçuların qruplar halında Hakkaridəki Kırıkdağ üzərindən Şimali İraqa keçəcəyi məlum olub.
Kırıkdağ Şimali İraq sərhədindən 30 kilometr məsafədə yerləşir. Sərhədə uzaq olmasına rəğmən PKK-nın bu yolu seçməsinin səbəbi Kırıkdağın sıldırım və yüksək qayalıqlarla dolu olması, ətrafında hərbi baza və yaşayış qəsəbələrinin yerləşməməsidir. Buna görə də PKK uzun, amma döyüş riski az olan yola üstünlük verib.

Bu arada PKK-ya faktiki rəhbərlik edən Murat Karayılan bəyan edib ki, Şimali İraqa çəkildikdən sonra PKK-nın silahı yerə qoyması üçün 3 şərtləri var. Bunlardan birincisi PKK lideri Abdulla Öcalanın sərbəst buraxılması, ikincisi, PKK-nın beynəlxalq terror təşkilatları siyahısından çıxarılması, üçüncüsü, Türkiyədə xüsusi təyinatlı qüvvələrin ləğv edilməsidir.

AzNews.az