02:54
(077) 610-22-33

“ABŞ qoşunları Suriyaya yeridilməyəcək“

  • >
400 4 May 2013 07:10 | Dünya

ABŞ prezidenti Barak Obama ölkəsinin quru qoşunlarının Suriyaya yeridiləcəyi ehtimalını inkar edib



"ABŞ qoşunlarının Suriyaya yeridilməsini tələb edən ssenari yoxdur", deyə Kosta-Rikada səfərdə olan Obama bəyan edib.

O qeyd edib ki, ABŞ Suriya hakimiyyəti tərəfindən öz vətəndaşlarına qarşı kimyəvi silah işlədilməsini araşdırmaq üçün Dəməşqə təzyiq göstərməyə davam edəcək. Eyni zamanda Obama bu məsələyə ölçülüb-biçilmiş yanaşacağına söz verib. "Biz tamamilə əmin olmadıqca, hərəkət etməyəcəyik", deyə Obama bildirib.

AzNews.az
Bağla X