“ABŞ İrana hərbi müdaxilə edə bilər” “ABŞ İrana hərbi müdaxilə edə bilər”

“ABŞ İrana hərbi müdaxilə edə bilər”

“ABŞ İrana hərbi müdaxilə edə bilər”



APA-nın məlumatına görə, bu barədə ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzeti yazıb. Xəbərdə ABŞ müdafiə naziri Çak Heygelin İsrailə səfəri çərçivəsində bu ölkənin yüksək çinli rəsmiləri ilə keçirdiyi görüşlərdə İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yollarla həll edilməyəcəyi təqdirdə hərbi variantın masaya yatırılacağı məsələsində ortaq fikrə gəlindiyi iddia olunub:

"Tərəflər İranda bu il iyunun 14-də keçiriləcək prezident seçkilərindən sonra yeni hökumətin nüvə proqramı ilə bağlı dünya ictimaiyyətini narahat edəcək addımlar atacağı təqdirdə bu ölkəyə hərbi müdaxilə məsələsini nəzərdən keçirəcəklər". Qəzet həmçinin yazır ki, ABŞ İranın Qum şəhəri yaxınlığındakı "Fordo" yeraltı nüvə obyektini dağıda biləcək bomba istehsal edib: ""Sığınacaq dağıdan" adı verilən bomba daha da təkmilləşdirilib və onun gücü ilə bağlı videogörüntü İsrail rəsmilərinə nümayiş etdirilib. Bu yolla da onlar razı salınıb. 400 milyon dollara başa gələn bombanın diplomatik müzakirələr müvəffəqiyyətsizliyə uğrayacağı təqdirdə İranın nüvə silahına sahib olmasına maneə törədəcəyi düşünülür".

AzNews.az