06:51
(077) 610-22-33

“Terrorçunun meyidi dənizə atılmalıdır“ - TƏKLİF

  • >
585 5 May 2013 12:30 | Dünya

ABŞ-ın Boston şəhərində marafon zamanı terror aktı törətməkdə şübhəli bilinən 26 yaşlı Tamerlan Sarnayevin cəsədi mayın 6-da Massaçusets ştatının Vuster şəhərində torpağa tapşırılacaq.

Bu barədə İTAR-TASS agentliyi mərasimin təşkili ilə məşğul olan Boston şəhəri dəfn mərasimləri üzrə büronun rəhbəri Piter Stefana istinadən məlumat verib. Piter Stefan qeyd edib ki, hazırda qəbrin yeri müəyyənləşdirilir.

Qeyd edək ki, Boston sakinləri Tsarnayevin torpağa tapşırılmasına qarşı çıxaraq, onun meyidinin də keçmiş "Əl-Qaidə" lideri Usama bin iLaden kimi dənizə atılmasını təklif edirlər.

Xatırladaq ki, aprelin 15-də Boston marafonunun finişində törədilmiş iki partlayış nəticəsində 3 nəfər ölmüş, 260-dan çox adam yaralanmışdı.

AzNews.az
Bağla X