- Köhnə - Dünya
- 7 May 2013 20:10
- 3 423
Yük maşını partladı: 19 ölü, 36 yaralı
APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, hadisə baş vermiş Mexiko ştatının administrasiyasının açıqlamasında bildirilir ki, faciə nəticəsində 36 insan müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Hadisə yerinin yaxınlığında olan yaşayış evlərinə ciddi ziyan dəyib. Yanğın artıq söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır. Maye qaz daşıyan yük maşınının hərəkətdə olduğu zaman qəfil aşmasının səbəbləri aydınlaşdırılır. Qeyd edək ki, yük avtomobilinin sürücüsü də müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, faciənin səbəbləri araşdırılanadək o xəstəxanada polis nəzarətinə götürülüb.
AzNews.az