Medvedyev veteran babalarını “Facebook“da yad etdi - FOTO

Rusiyanın baş naziri Dmitri Medvedyev İkinci Dünya Müharibəsində Almaniyaya qarşı vuruşan babalarının şəkillərini paylaşıb.


Medvedyev "Facebook"dakı hesabında paylaşdığı şəkillərin altına "Qələbə bayramınızı təbrik edirəm.

Vətənini qorumaq üçün sonuna qədər mübarizə aparanları hörmətlə yad edirik.

Mənim babalarım da müharibədə iştirak edib: Afanasi Medvedyev və Veniamin Şapoşnikov" deyə yazıb.

Medvedyevin paylaşdığı fotoları 3 saat ərzində 8395 nəfər bəyənib, 227 nəfər isə şərh yazıb.

AzNews.az