İngiltərədə 14 dövrədən ibarət olan "Amerika təpələri" attraksionu inşa edilib İngiltərədə 14 dövrədən ibarət olan "Amerika təpələri" attraksionu inşa edilib

“Ginnesin Rekordlar Kitabı“na düşən attraksion

İngiltərədə 14 dövrədən ibarət olan "Amerika təpələri" attraksionu inşa edilib



Trend-in "The Daily Mail"ə istinadən verdiyi məlumata görə, bu sayda dövrənin olması attraksionun "Ginnesin Rekordlar Kitabı"na düşməsinə səbəb olub.

"Amerika təpələri"nin yerləşdiyi "Alton Towers" attraksion parkının nümayəndələri bununla əlaqədar müvafiq sertifikatı alıblar. Attraksion mühəndis və alimlərin birgə layihəsi əsasında hazırlanıb. "Smiler" adlı attraksiondan istifadə edəcək insanları sürət və çoxsaylı dövrələrdən başqa, həyəcan və qorxu hissini daha da artıracaq optik illüziyalar gözləyir.

"Amerika təpələri"ndə gəzinti 2 dəqiqə 45 saniyə davam edəcək. "Smiler"in maksimum sürəti saatda 85 kilometri üstələyir. Bu attraksionun tikintisi 18 milyon funt-sterlinqə başa gəlib. "Smiler" mayın sonunda ilk istifadəçilərini qəbul edəcək.
Qeyd edək ki, bu sahədə əvvəlki rekord "Colossus" attraksionuna məxsus olub. 10 dövrədən ibarət olan "Colossus" saatda 65 kilometrədək sürət yığa bilir.

AzNews.az