10:42
(077) 610-22-33

Çində mədəndə partlayış: 27 ölü

  • >
434 12 May 2013 07:15 | Dünya

Çinin cənubundakı Sıçuan vilayətində mədəndə baş vermiş qaz partlayışı nəticəsində 27 fəhlə ölüb


Məlumata görə, hadisə nəticəsində 16 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib. 81 nəfər fəhlə xilas edilib.

Bundan əvvəl, mayın 11-də Quycou vilayətində də şaxtada partlayış olub. Faciə nəticəsində 12 fəhlə ölüb, 2 nəfər yaralanıb.

Çinin dağ-mədən sənayesi dünyada ən təhlükəli sayılır. Hər il müxtəlif hadisələr nəticəsində mədənlərdə minlərlə fəhlə ölür.

AzNews.az
Top xəbərlər
Bağla X