00:26
(077) 610-22-33

Əsəd rejimi : “Terror aktını biz törətmədik”

  • >
348 12 May 2013 13:29 | Dünya

Bəşər Əsəd rejimi Türkiyənin terror ittihamına cavab verdi



Dünən Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən dəhşətli terror nəticəsində ölənlərin sayı 46-ya çatıb. AZNEWS.AZ-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, terakt nəticəsind 53 də yaralanıb və xəstəxanalarda müalicə edilir.

Bu arada, Suriya hökuməti terror aktının arxasında Əsəd rejiminin dayandığı, teraktı törədən şəxslərin Suriyanın "Əl-Muhaberat" adlı kəşfiyyat qurumunundan tapşırıq aldığı ilə bağlı Türkiyə hökumət rəsmilərinin iddialarına cavab verib.

Suriyanın informasiya naziri Ümran əl Zubi dövlət televiziyası vasitəsilə verdiyi açıqlamada bildirib ki, Suriya belə bir hadisə törətməyib və heç vaxt da törətməz: "Bizim dəyərlərimiz buna imkan verməz".

Nazirin sözlərinə görə, bu vəziyyəti Türkiyənin xarici siyasəti yaradıb. O, dolayısı ilə bu terror hadisəsində Türkiyə hökumətinin özünün günahkar olduğunu bəyanlayıb: "Türkiyə hökuməti sərhəd bölgələrini beynəlxalq terror mərkəzinə çevirib. Türkiyə hökuməti və baş naziri Türk, Suriya və bölgə xalqlarına qarşı siyasi və əxlaqi məsuliyyət daşımalıdır".

Qeyd edək ki, nazir Əl Zubinin bu açıqlaması dünənki terrorla bağlı Əsəd rejimin Türkiyəyə verdiyi ilk cavabdır.

Anar
AzNews.az
Bağla X