Avropa Birliyi Suriyaya 65 milyon avroluq humanitar yardım etmək qərarı verib. Avropa Birliyi Suriyaya 65 milyon avroluq humanitar yardım etmək qərarı verib.

Suriyaya 65 milyon avroluq yardım

Avropa Birliyi Suriyaya 65 milyon avroluq humanitar yardım etmək qərarı verib.



Yardım, BM agentlikləri, Qırmızı Xaç, Qızıl Aypara və başqa beynəlxalq yardım qurumları vasitəsilə Suriyada və qonşu ölkədə sığınacaq alan Suriya vətəndaşlarına çatdırılacaq. Yardım, tibbi yardım xidmətləri, sığınacaqlar, su, gigiyenik vasitələrdən ibarətdir.

Avropa Birliyinin insani yardımlardan məsul şəxsi, komissar Kristalina Georgieva, "Suriya xalqının yaşadığı acı və əziyyətli həyat təsəvvür belə edilə bilməyəcək qədər ağırdır. Bu ölkədə vəziyyət hər keçən gün daha da pisləşir. Çox sayda insan ailəsini, evini itirir, maddi cəhətdə çətinliklərlə qarşılaşır" deyə qeyd edib.

Bundan başqa Georgieva, Avropa Birliyinin etdiyi bu yardım qismən də olsa çətinlik içində yaşayan insanların yaşam şəraitinə təsir edəcək, deyə bildirib.

AzNews.az