04:00
(077) 610-22-33

Paradda atəş - 19 yaralı

  • >
423 13 May 2013 07:05 | Dünya



ABŞ-ın Yeni Orlean şəhərində Analar günü münasibətilə keçirilən paradda naməlum şəxslərin atəş açması nəticəsində 19 nəfər yaralanıb. "Fox8" telekanalının verdiyi məlumata görə, yaralılar arasında biri 10 yaşında olmaqla 2 uşaq da var. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Polisin təxminlərinə görə, atəş açanlardan biri 18-22 yaşlı afro-amerikalıdır. Atəş açan şəxslərlə bağlı hər hansı məlumata görə 2,5 min dollar mükafat təyin edilib. Polis hadisənin terror aktı olmadığını vurğulayan bəyanatla çıxış edib.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X