"DÜNYA TƏCİLİ OLARAQ BİR YERƏ GƏLMƏLİDİR" "DÜNYA TƏCİLİ OLARAQ BİR YERƏ GƏLMƏLİDİR"

ABŞ və Böyük Britaniyanın Suriya planı

"DÜNYA TƏCİLİ OLARAQ BİR YERƏ GƏLMƏLİDİR"



AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama ilə Böyük Britaniyanın baş naziri Devid Kemeron görüşüblər. Onlar danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər. Konfransda Obama Suriyanı demokratiyaya doğru çevrilməyə hazırlamaq və humanitar yardımları davam etdirmək üçün çalışdıqlarını bildirib. ABŞ prezidenti daha sonra vurğulayıb ki, bütün bunlar rejim və müxaliflərin nümayəndələrinin gələcək həftələrdə Cenevrədə bir araya gətirilməsində böyük rol oynayacaq.

Barak Obama həmçinin Rusiyanın Suriya münaqişəsinin həllində iştirak edəcəyinə ümid etdiyini bəyan edib. "Rusiya və qərb ölkələri arasında "davam edən şübhələrə" baxmayaraq, "Rusiyanın Suriya münaqişəsini həllində öz maraqları var", - deyə Obama mətbuat konfransındakı çıxışında bildirib.

"DÜNYA TƏCİLİ OLARAQ BİR YERƏ GƏLMƏLİDİR"


Böyük Britaniyanın baş naziri Devid Kemeron da çıxışında Suriya tarixinin öz insanlarının qanıyla yazıldığını ifadə edərək, bunları əlavə edib:

"Bu insan ölümlərinə son vermək üçün dünyanın təcili olaraq bir araya gəlməsi lazımdır. İnsan ölümlərinin say çoxluğunu görmək, qarşıdurmalarda kimyəvi silahlardan istifadə edildiyini bilmək və müharibə tərəfdarlarının getdikcə çoxaldığını görmək heç birimizin mənfəətinə uyğun deyil . Bu səbəbdən də Putinin siyasi həll yolu axtarmaqda bizlərə kömək etməsindən məmnunluq duyuruq".

Baş nazir hazırda Suriyadakı problemi həll etməkdən daha təcili bir beynəlxalq məsələ olmadığını vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl mayın 7-də Moskvada Rusiyanın xarici işlər naziri ABŞ-ın dövlət katibi Con Kerri ilə danışıqlarda Suriya müxalifətinə və hakimiyyətinə sülh və kompromis yolu ilə münaqişənin həllini tapmaq üçün Suriya üzrə beynəlxalq konfransın çağırılması haqqında razılığa gəliblər.

Xəyalə Məmmədova
AzNews.az