00:32
(077) 610-22-33

Amerika casusu ifşa olundu

  • >
459 14 May 2013 14:23 | Dünya

Rusiyada ABŞ-ın Moskvadakı səfirliyinin 3-cü katibi adı altında fəaliyyət göstərən Amerika casusunu ifşa edilib.

"Rosbalt"ın Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən yaydığı xəbər görə, saxlanılan şəxs ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı, ABŞ-ın Moskvadakı səfirliyinin siyasi şöbəsində 3-cü katib adı altında fəaliyyət göstərən Foql Rayan Kristoferdir. O, mayın 13-dən 14-nə keçən gecə Rusiya xüsusi xidmət orqanlarından birinin nümayəndəsini əməkdaşa cəlb etməyə cəhd göstərərkən ifşa olunub.

Casus Rusiya Federal Təhlükəsizlik Xidmətinə aparılıb və prosedurlardan sonra ABŞ səfirliyinə təhvil verilib.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X