1 yaşlı qız hamilədir - FOTO

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanda 1 yaşlı qız uşağı hamilədir.

Həkimlər qeyd ediblər ki, bu, tibb aləmində çox gec-gec rastlanan bir hadisədir. Onların sözlərinə görə, hamiləlik zamanı ola bilər ki, iki embriondan biri ana rəhminə, digər embrion isə hələ doğulmamış körpənin rəhminə düşüb.

Hadisə haqqında mətbuatda informasiya yayıldıqdan sonra həkimlər 1 yaşlı uşağın bətnindən digər canlını necə çıxaracaqları haqqında düşünürlər. Mütəxəssislərə görə, bu tip olaylar 500 mində bir qarşılarına çıxır.

Xatırladaq ki, bundan öncə Hindistanda da 2 dəfə bənzər hadisə yaşanıb.

2002-ci ildə 6 aylıq bir körpənin vücudunda 1 kiloluq ölü dölə rast gəlinib.

2006-cı ildə isə qarın şişliyi səbəbi ilə həkimə müraciət edən valideynlər uşağın hamilə olduğunu eşidəndə böyük təəccüb hissi keçiriblər.

AzNews.az