Barak və Mişel Obamaların var-dövləti 1,9-6,9 milyon dollar həcmində qiymətləndirilir Barak və Mişel Obamaların var-dövləti 1,9-6,9 milyon dollar həcmində qiymətləndirilir

Obamanın gəlir bəyannaməsi

Barak və Mişel Obamaların var-dövləti 1,9-6,9 milyon dollar həcmində qiymətləndirilir



Bu keçənilki 2,6-8,3 milyon dollarlıq var-dövlətdən azdır. APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti və xanımının əmlak bəyannaməsinin elan olunmasından sonra məlum olub.

Bəyannamədə qanunun tələbinə uyğun olaraq aktivlərin təxmini miqdarı göstərilib. Cütlük mühafizəkar sərmayə strategiyasını seçib. Belə ki, Obama JPMorgan Chase bankında cari hesabında 515 min dollar saxlayır. Daha 5 milyon dollar ABŞ-ın yüksək etibarlı, amma azgəlirli qiymətli kağızlarında saxlanılır.

Prezident əvvəlki kimi 2005-ci ildə götürdüyü 30 illik ipoteka kreditini ödəyir. Obama həmçinin qızları Saşa və Maliyanın ali təhsili üçün təxminən 400 min dollar ayırıb. Ötən il Obamalar 608 min dollar qazanıblar.

Hazırda ABŞ prezidentinin illik maaşı 400 min dollardır.

AzNews.az