Azərbaycan Güləş Federasiyasının sabiq prezidenti, Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyasının (FİLA) üzvü Abbas Abbasov FİLA-nı kəskin tənqid edib Azərbaycan Güləş Federasiyasının sabiq prezidenti, Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyasının (FİLA) üzvü Abbas Abbasov FİLA-nı kəskin tənqid edib

Abbas Abbasov: “Rəsmi olaraq bəyan edirəm ki...”

Azərbaycan Güləş Federasiyasının sabiq prezidenti, Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyasının (FİLA) üzvü Abbas Abbasov FİLA-nı kəskin tənqid edib




Abbasovun tənqidinə səbəb Beynəlxalq Olimpiya Komitəsinin güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı qərarıdır.

AzNews.az ИТАР-ТАСС-a istinadən xəbər verir ki, Abbas Abbasov FİLA-nın diktator şərtlər altında yaradıldığını deyib: "Təşkilat tamamilə diktator və korrupsioner şərtlər altında yaradılıb. Onun eks-prezidenti Rafael Martinetti artıq heç nəyi və heç kimi hiss etmirdi. Mən bunu tam rəsmi olaraq bəyan edirəm ki, onun əsas vəzifəsi varlanmaq idi.

Güləşdə baş verənlərdə hamımız günahkarıq. Biz onunla bacara bilmədik. Hətta indi FİLA-nın Moskvadakı konqresinə hazırlıq işləri aparıldığı bir zamanda Martinetti geri çəkilmək istəmir. İmkan verə bilmərik ki, bir idman növü bir adamın qurbanı olsun. Mübarizə üçün birləşən hər kəsə təşəkkür edirəm".

Elnarə Əlosmanqızı
AzNews.az