02:06
(077) 610-22-33

Ana 2 övladını hamam vannasında boğdu

  • >
1 346 17 May 2013 07:04 | Dünya

Fransanın Strasburq şəhərinin yaxınlığındakı Ronkhamp qəsəbəsində qanları donduran cinayət baş verib. Ana iki övladını hamamdakı vannada boğaraq öldürüb.

Səbəb 26 yaşlı qadının ərini evi tərk etməsindən sonra yaranan psixoloji problemlər olub. Qadın uşaqlarını öldürdükdən sonra zəng edərək polisə bu barədə məlumat verib. Polis hamam vannasında 8 aylıq oğlan və 2,5 yaşlı qızın cəsədlərini və onların yanında oturan ananı tapıb.

Qadın psixi xəstələr üçün nəzərdə tutulan xəstəxanaya yerləşdirilib.

Elnarə
AzNews.az

Bağla X