- Köhnə - Dünya
- 20 May 2013 07:06
- 1 894
Lotoreyada rekord: 590 milyon dollar uduldu
ABŞ-da lotoreya biletində rekord uduş qeydə alınıb
Trend-in verdiyi məlumata görə, uduş 590.5 milyon dollar olub.
Məlumatda deyilir ki, bu dəfəki uduş 2012-ci ilin noyabr ayından sonra ən yüksəyidir.
Qeyd edək ki, həmin vaxt bir bilet 587.5 milyon dollar qazanmışdı.
Lotoreyada cek-potu qazanmaq şansı isə 175 milyondan bir nəfərə qismət olur.
Xatırladaq ki, ABŞ-da ən yüksək uduş 2012-ci ilin martında 656 milyon dollar məbləğində olub.
AzNews.az