13:03
(077) 610-22-33

Azərbaycanlı uşaqlar pioner qalstuku bağladılar

  • >
539 20 May 2013 08:03 | Dünya

Azərbaycanlı uşaqlar Moskvadakı qırmızı meydanda pioner təşkilatının sıralarına daxil olublar və boyunlarına qırmızı pioner qalstuku bağlayıblar



Bildirilir ki, mərasim Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovun və Duma deputatlarının iştirakı ilə keçirilib. Pioner təşkilatının yaranmasının 91 illiyinə həsr olunmuş mərasimdə 4700 uşaq pioner sıralarına qoşulub.

Təşkilatçılar bildiriblər ki, mərasimdə iştirak etmək üçün federasiyanın 45 subyektindən, həmçinin Azərbaycan, Ermənistan və Ukraynadan uşaqlar gəlib.

Mərasimdə pionerlər ənənəvi "hazır ol!" çağırışı edilib və minlərlə uşaq ənənəvi şəkildə xorla "həmişə hazırıq!" cavabı veriblər.

Uşaqlar "proletariatın dahi rəhbəri" Leninin nəşinin saxlandığı mavzoleyi də ziyarət ediblər. (musavat.com)

AzNews.az
Bağla X