13:39
(077) 610-22-33

Qasırğa nəticəsində 230-dan çox nəfər xəstəxanaya yerləşdirildi

  • >
468 21 May 2013 21:45 | Dünya

Oklaxomadakı qasırğa nəticəsində 230-dan çox nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə ştatın qubernatoru Meri Fellin mətbuat konfransında bildirib.

Trendin RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, qubernator deyib ki, "Bizim xəstəxanalarda kifayət qədər yer var, 237 yaralı xəstəxanaya yerləşdirilib... Bizdə həlak olmuşlar barədə dəqiq rəqəm yoxdur və biz bu rəqəmlərin dəqiqləşdirilməsi üzrə işləyirik ".
Ştat hakimiyyəti 24 nəfərin, o cümlədən 9 uşağın həlak olması faktını təsdiq edib. Bununla yanaşı ABŞ-ın fövqəladə hallar üzrə federal agentliyi 51 nəfərin həlak olmasını bildirib.

Fellin bildirib ki, təbii fəlakət nəticəsində 38 min nəfər işıqsız qalıb, kommunikasiyalarla, o cümlədən su təminatı daxil olmaqla problemlər müşahidə olunur. Stasionar və mobil telefonlar pis işləyirlər.

Onun sözlərinə görə, ştat hakimiyyəti zərərçəkmişlərə kömək üçün xüsusi ehtiyat fondunun açılmasına icazə verən qanun layihəsini yerli senata təqdim etməyə hazırlaşır.

AzNews.az
Bağla X