02:08
(077) 610-22-33

Dünyada ilk dəfə süni yemək çap olundu - VİDEO

  • >
457 22 May 2013 18:05 | Dünya

Deyəsən, məşhur Star Trek serialındakı populyar səhnələrdən biri reallığa çevrilir



Həmin səhnədə astronavt "qida sintezator"u vasitəsilə replikator yemək hazırlayırdı.

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) laboratoriyalarında dünyada ilk dəfə süni yemək çap olunub.

Süni yemək 3D printerin kartriclərindəki karbohidrogenlər və protein tozlarından alınıb. Xüsusi qida əlavələri və dəniz yosunları isə insan orqanizminin əsas zülal mənbəyi olan ətlə tərəvəzi əvəzləyib.

Systems & Materials Research Corporation (SMRC) şirkətinin istehsalı olan 125 min dollarlıq 3D printer vasitəsilə FoodPrinting proqramının icrasına başlanıb.

Printer kartricləri vasitəsilə süni yeməklər hazırlayır. NASA ekspertlərinin fikrincə, bu minvalla Yeri gözləyən ərzaq qıtlığı problemini effektiv şəkildə həll etmək olar.//milli.az//




AzNews.az
Bağla X