17:56
(077) 610-22-33

BMT-nin ofisinə hücum edildi

  • >
447 24 May 2013 20:47 | Dünya

"Taliban" döyüşçüləri BMT ofisinə hücumlara başlayıb. Bu barədə "Reuters" agentliyi xəbər yayıb. Bir neçə partlayışların tördədildiyi, təhlükəsiz qüvvələrinə qarşı silahli müqavimət göstərildiyi xəbər verilir.

Partlayışdan sonra Kabil şəhərinin mərkəzini qara tüstü bürüyüb. Verilən xəbərə görə, 4 silahlı BMT ofisinə daxil olub. Onlardan ikisi qətlə yetirilib, əfqan təhlükəsizlik qüvvələri ikinci mərtəbəyə çıxmış digər silahlıların zərərsizləşdirməyə çalışır. "Taliban" döyüşçülərlə əfqan təhlükəsizlik qüvvələri arasında qızğın döyüşlər gedir.

Dəstək olaraq köməyə Norveç xüsusi təyinatlıları gəlib. Hələlik itkilər barədə məlumat verilmir. Qeyd edək ki, "Taliban" Əfqanıstandan qərb qüvvələrini çıxarmaq uğrunda mübarizə aparır.//anspress//

AzNews.az
Bağla X