Son zamanlar dünyanın bir sıra ölkələrində leqallaşan eynicinslilərin nikahına Misirin İslami Araştırmalar Mərkəzindən reakasiya gəlib Son zamanlar dünyanın bir sıra ölkələrində leqallaşan eynicinslilərin nikahına Misirin İslami Araştırmalar Mərkəzindən reakasiya gəlib

İslam dünyası homoseksual evliliklərlə bağlı sükutu pozdu – Bəyanat

Son zamanlar dünyanın bir sıra ölkələrində leqallaşan eynicinslilərin nikahına Misirin İslami Araştırmalar Mərkəzindən reakasiya gəlib




Mərkəz yaydığı açıqlamada bu evliliyin dindən çıxmaq anlamına gədiyini bildirib.

İslami Araşdırmalar Mərkəzinin üzvləri belə bir bəyanatla Qahirədə keçirdikləri toplantıdan sonra çıxış ediblər. Eyni cinsə mənsub olanların əlaqəsinin İslami mənbələrə əsasən qadağan olunduğu vurğulanıb.
Həmçinin qeyd olunub ki, bu evlilik təkcə islam dinində deyil, digər səmavi dinlərdə də əxlaqa zidd hesab edilir.

Bəyanatda qərb ölkələrində homoseksuallar tərəfindən açılan ibadətxanalar barədə də fikirlər yer alıb: "Homoseksualizmin halal olduğunu bildirən birinə tabe olub qılınan namaz batildir".
İslami Araştırmalar Mərkəzinin baş katibi Əli Abdulbaki bəyanatın bütün mərkəz üzvlərinin yekdilliklə qəbul etdiyini vurğulayıb.

Xatirə
AzNews.az