Ulduz futbolçu qəzaya düşdü - Foto

"Barselona"nın ulduz oyunçusu Aleksiz Sançez dəhşətli avtomobil qəzasına uğrayıb.


Qol.Az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, futbolçunun meneceri Fernando Feliçeviç bildirib ki, Sançesin maşını sürət həddini aşdığı üçün baryerlərə çırpılıb. Nəticədə maşın aşaraq 100 metr sürüklənib.

Aleksiz Sançezə ilk yardımı futbolçu yoldaşının etdiyi qeyd olunur.

Bu dəhşətli qəzadan sonra Aleksisin sağ olduğu bildirilir. Lakin onun durumunun konkret necə olması barədə məlumat verilməyib.

Qeyd edək ki, qəzadan sonra "Audi R8" markalı lüks maşın tamamilə yararsız vəziyyətə düşüb.

AzNews.az
image description