- Köhnə - Dünya
- 2 İyun 2013 20:14
- 1 810
Partlayış nəticəsində 7 nəfər öldü
Səlahiyyətlilər, Uruzqan vilayətindəki partlayışda biri uşaq olmaqla 4 nəfərin öldüyünü, 4-ü uşaq olmaqla 8 nəfərin yaralandığını açıqlayıblar.
Gur vilayətinin Duline mahalında baş verən partlayışda isə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada son bir həftə ərzində ölkənin bir çox vilayətində həyata keçirilən əməliyyatlar zamanı təhlükəsizlik güclərinin 16 ədəd mina, partlayıcı maddə və müxtəlif silahlar aşkarladığı bildirilib.//anspress//
AzNews.az