Suriya ordusu müxalifətə qarşı ağır silahlardan istifadə edir Suriya ordusu müxalifətə qarşı ağır silahlardan istifadə edir

Suriyada gərginlik: 73 ölü

Suriya ordusu müxalifətə qarşı ağır silahlardan istifadə edir




Suriyada ordunun ölkə daxilində müxalifətə qarşı ağır silahlardan istifadə etməklə keçirdiyi əməliyyatlar 73 nəfərin ölümünə səbəb olub.

Suriya İnsan Haqları Təşkilatı son bir gündə ordu birləşmələrinin müxaliflərə qarşı hava və qurudan apardığı əməliyyatlar nəticəsində paytaxt Dəməşqin müxtəlif yerlərində 28, Homsda 14, Dəra və Hələbdə hər birində 12, Rakka, İdlib və Kuneytrada hər birində 2 və Deyruz Zorda bir olmaqla 73 nəfərin həlak olduğunu bəyan edib.

Bu arada Suriya İnqilabi Şurası Hələbə "Scud" raketlərinin zərbəsi nəticəsində ölən və yaralıların olduğunu bildirib.

Şura başda Kusayr olmaqla Hums, Dəməşq və Dərada silahlı müxalifətlə ordu arasında şiddətli qarşıdurmaların baş verdiyini qeyd edib.

AzNews.az