Çexiyada ən azı 2 nəfər, Avstriyada isə bir nəfər daşqınların qurbanı olub Çexiyada ən azı 2 nəfər, Avstriyada isə bir nəfər daşqınların qurbanı olub

Avropanı sel aparır: 3 ölü

Çexiyada ən azı 2 nəfər, Avstriyada isə bir nəfər daşqınların qurbanı olub



"Trebeniçe" şəhərində bir qadın və bir kişi evin uçması nəticəsində həlak olub. Hökumətin məlumatına görə, onlar hələ ki, su basması nəticəsində dünyasını dəyişən yeganə şəxslərdir.

İtkin düşənlər isə su idmanı ilə məşğul olan idmançılardır.

Sonuncu məlumatlara görə, Praqada təbii fəlakət ucbatından uşaq bağçaları və məktəblər bağlanıb.

Hökumət ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Ölkənin 50 şəhərində üçüncü dərəcəli təhlükə elan olunub.

Ölkənin mərkəzi hissələrində yağışlar kəsmir və çaylardakı suyun səviyyəsi durmadan artır.

AzNews.az